Gürcüstana külli miqdarda qızıl keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanılıb

Gürcüstan-Türkiyə sərhədində yerləşən “Vale” gömrük-keçid məntəqəsində Ermənistan vətəndaşı saxlanılıb.
Saxlanılan şəxsin avtomobilində bəyan edilməmiş 10 kiloqram çəkidə qızıl əşyalar aşkar olunub. Ermənistan vətəndaşı qanunsuz yolla qızıl əşyaları Gürcüstana idxal etməyə cəhd edib.
Faktla bağlı materiallar Maliyyə Nazirliyinin İstintaq xidmətinə təhvil verilib.