Gürcüstanda “donuz qripi”ndən (H1N1 virusu ) ölənlərin sayı 15-ə çatıb.

Bu barədə jurnalistlərə açıqlamasında Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.

Onun sözlərinə görə, bunu laboratoriya araşdırması da təsdiqləyib.

Qeyd edək ki, ötən günə olan göstəricilərə görə, Gürcüstanda qripdən xəstəxanaya yerləşdirilənlərin sayı artaraq təxminən 845 nəfər çatıb. Laboratoriya araşdırmaları onlardan 158-nin “donuz qripi”nə yoluxduğunu təsqdiləyib.

İstinadlar Qafqazinfo