Gürcüstanın hökumət administrasiyasının rəhbəri Kaxaber Kemoklidze istefa verib.

Bu barədə o, feysbuk səhifəsində yazıb.

“Düz 10 illik aktiv, dinamik və çətin işdən sonra dövlət məmuru və təhlükəsizlik xidmətinin keçmiş əməkdaşı olaraq mənimlə vidalaşmağın vaxtıdır. 10 il ərzində görkəmli liderlərlə, rəhbərlərlə işləmək şərəfinə nail oldum. Mən müvəqqəti sağollaşıram. Yenidən görüşəcəyik”, – deyə Kemoklidze qeyd edib.

O, keçmiş Baş nazir Georgi Qaxariyaya təşəkkür edərək, yeni Baş nazir İrakli Qaribaşviliyə uğurlar arzulayıb.

Qeyd edək ki, Kaxaber Kemoklidze hökumət administrasiyasının rəhbəri postuna fevralın 4-də təyin olunmuşdu. 

İstinadlar Qafqazinfo