Gürcüstanda oktyabrın 4-dən etibarən məktəblərdə və uşaq bağçalarında əyani tədris bərpa olunacaq.

Bu barədə Gürcüstanın Koronavirusla mübarizə üzrə  Dövlət İdarələrarası Koordinasiya Şurası Operativ Qərargahının rəhbəri Georgi Qibradze bildirib. Onun sözlərinə görə, 4 oktyabrdan ölkədə, həmçinin, əyləncə mərkəzləri də fəaliyyətini bərpa edəcək.

“Oktyabrın 4 -dən etibarən sinif və auditoriyalarda təhsil prosesi bərpa olunacaq. Məktəbəqədər təhsil müəssisələri və uşaq əyləncə mərkəzləri də işini bərpa edəcək”, – deyə Qibradze brifinq zamanı deyib.

Yeni qaydaya əsasən, sinfindən asılı olmayaraq bütün uşaqlar tibbi maska taxmalıdır.

Xatırladaq ki, Gürcüstanda pandemiya səbəbindən məktəblər və uşaq bağçaları 2020-ci ilin martından bağlanıb.

İstinadlar Qafqazinfo