Gürcüstanda 4,7 bal gücündə zəlzələ baş verib.

Bu barədə ölkənin Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Hadisə yerli vaxtla saat 08:00-da qeydə alınıb.

Zəlzələnin episentrinin paytaxt Tbilisidən 4 kilometr aralıda yerləşən Lelubani kəndi olduğu bildirilib.

Həmçinin, zəlzələ Tbilisidə də hiss olunub.

İstinadlar Qafqazinfo