
Gürcüstan və Ermənistan arasında yeni körpünün tikintisinə başlanılıb
“Dostluq” adlanan körpü Baqrataşen-Sadaxlı sərhəd qəsəbəsi ərazisində, Debed çayı üzərində qurulacaq.
Bunun üçün Avropa Yenidənqurma və İnkişaf Bankı Gürcüstana 6 milyon avro məbləğində kredit ayırıb.
Kreditin 50%-i Gürcüstana, 50%-i isə Ermənistana veriləcək.
Qeyd edək ki, körpünün tikintisinə dair saziş bu ilin yanvarında Yerevanda imzalanıb.
Bildirilib ki, tikinti İran şirkətləri tərəfindən aparılacaq.
Azərbaycan24 sosial şəbəkələrdə