Ötən gün açılışı baş tutan regionun ən nəhəng layihəsi TANAP-ın açılışı gözlənilməz hadisə ilə yadda qalıb.

Azərbaycan 24 xəbər verir ki, Azərbaycan-Gürcüstan-Türkiyəni birləşdirən layihənin açılışında hər 3 ölkənin rəhbərliyinin iştirakı gözlənilsə də, rəsmi Tbilisinin qərarı böyük suallar yaradıb. Dəvət olunmasına rəğmən nə prezident Marqvelaşvili, nə də baş nazir Kvirikaşvili tarixi mərasimə qatılmayıb.

Rəsmi Tbilisini açılış mərasimdə Türkiyədəki səfir təmsil edib. Ərdoğanın şəxsən zəng edərək dəvət etməsinə baxmayaraq Gürcüstan rəhbərliyinin iştirakdan imtinası ortada başqa məsələlərin olduğunu söyləməyə əsas verir.

Heç bir mənfəətləri olmasına baxmayaraq yalnız layihənin əhəmiyyətini və miqyasını nəzərə alaraq Ukrayna və Serbiya prezidentlərinin də gəldiyi tədbirə bu borulardan milyardlar qazanan Gürcüstanın etinasız münasibəti rəsmi Bakı və Ankaranı “əllərində bəslədikləri bu ərköyün balaca” ilə daha diqqətli olmağa vadar edir.

Görünür son zamanlar Rusiya ilə əlaqələrin normallaşması və Ermənistana da nəfəs verəcək dəmiryol xəttinin bərpası danışıqlarına başı möhkəm qarışan Tbilisidəki rəsmilər ölkə iqtisadiyyatının Azərbaycan və Türkiyənin “cibindən” formalaşdığını unutmağa başlayıb.

Oxumağa dəyər:   ATƏT-in 25 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana gələcək