“Gürcüstan hökuməti ölkənin quru sərhədlərinin açılması üzrə iş aparır”.

Bu barədə gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava deyib. Onun sözlərinə görə, quru sərhədində də hava yolu ilə ölkəyə giriş qaydaları tətbiq olunacaq. Belə ki, Gürcüstana hava yolu ilə gələn əcnəbilər son 72 saat ərzində həyata keçirilmiş PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış təqdim etməlidirlər. Səyahət edənlərin Gürcüstanda uzun müddət qalmaları halında isə, həmin şəxslər öz hesablarına 3 gün ərzində təkrar test verirlər.

Qeyd edək ki, Azərbaycanla Gürcüstan arasında quru sərhədləri üzərindən sərbəst hərəkət pandemiya səbəbindən ötən il martın 14-dən dayandırılıb.

İstinadlar Qafqazinfo