“Biz namizəd statusu əldə etmək üçün qətiyyətlə işləməyə hazırıq”.

Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili tviter hesabında bildirib.

“Tarixi bir gündür. Gürcüstanın Avropa perspektivi tanındı. İndi, biz namizəd statusuna nail olmaq üçün qarşıdakı aylarda qətiyyətlə işləməyə hazırıq”, – deyə Gürcüstan Prezidenti qeyd edib.

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Ukraynaya və Moldovaya Aİ üzvlüyünə namizəd statusu verib. Qərar bu gün Brüsseldə keçirilən sammit zamanı bütün Aİ liderləri tərəfindən yekdilliklə dəstəklənib.

Bundan əlavə, Aİ liderləri Gürcüstanın Avropa perspektivini tanıyıblar və prioritet məsələlər həll olunan kimi Gürcüstana da namizəd statusu verməyə hazır olduqlarını bəyan ediblər.