Bu gün Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) yeni şeyxinin seçilməsi ilə bağlı İdarənin Ali Dini Şurasının iclası baş tutub.

“Qafqazinfo” “Aktual.Ali Dini Şuranın səs çoxluğu ilə Hacı Faiq Nəbiyev 5 il müddətinə GMİ-nin şeyxi seçilib.

Məlumata görə, şeyx seçkilərində üç namizəd – Hacı Faiq Nəbiyev, Hacı Qurban Murquzov və Vidadi Qurbanov iştirak edib.

Bildirilir ki, 21 nəfərdən ibarət Ali Dini Şuranın bəzi üzvləri etiraz olaraq seçkidə iştirak etməyiblər.

Qeyd edək ki, Faiq Nəbiyev 1977-ci ildə Gürcüstanın Marneuli Bələdiyyəsində anadan olub. İlk ilahiyyat təhsilini Azərbaycanın Gəncə şəhərində “Gəncə Mədrəsəsi”ndə alıb. Daha sonra isə təhsilini İranın Qum şəhərində Dini Hövzə, həmçinin Beynəlxalq Əl-Mustafa Universitetində 5 il müddətində davam etdirib. Bu təyinatdan əvvəl isə 2002-ci ildə “Alul Beyt” Dini Mədəni Maarif Mərkəzi təsis olunduqdan sonra bu günə kimi sözügedən mərkəzdə müdir vəzifəsində çalışıb.

Xatırladaq ki, bundan əvvəl GMİ-nin şeyxi Ramin İgidov idi.

İstinadlar Qafqazinfo