Gürcüstanın xarici işlər naziri David Zalkaliani Azərbaycana başsağlığı verib.

Gürcü nazirin rəsmi tviter hesabında edilən paylaşımda deyilir:

“Dost qonşu Azərbaycanda faciəvi helikopter qəzası barədə xəbər məni dərindən kədərləndirdi. Gürcüstan bu kədərli anda Azərbaycan xalqının yanındadır. Həlak olanların ailələrinə başsağlığımı çatdırır, yaralananlara şəfa diləyirəm”.