4 avqust tarixində Azərbaycanın Londondakı səfirliyinə edilən təxribatla əlaqədar Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edərək tam dəstəyini ifadə edib.

Bu barədə Aktual.ge xəbər portalının sorğusuna Gürcüstan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

“Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili bu gün azərbaycanlı həmkarı ilə telefonla şəxsi söhbət edib və 4 avqustda baş vermiş hadisəyə görə tam dəstək və həmrəy olduğunu bildirib”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, 4 avqust tarixində Azərbaycanın Londondakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

İstinadlar Qafqazinfo