“Yuxarı Lars” keçid məntəqəsinin bağlanmasına görə Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər”.

Bu fikri “Report”un yerli bürosuna gürcü hərbi-siyasi ekspert Vaxtanq Maysaya Ermənistan və Rusiya ilə birləşdirən yeganə yol – “Yuxarı Lars” keçid məntəqəsinin bağlanmasına münasibət bildirərkən deyib.

“Onun üçün Ermənistan tərəfi mütləq sülh müqaviləsinə imza atmalıdır. Əks təqdirdə yaranmış vəziyyət onun sonunu gətirəcək”, – ekspert vurğulayıb.

O, qeyd edib ki, sülh müqaviləsi iqtisadi əlaqələrə yol açacaq: “Müqavilə imzalanandan sonra Ermənistanın Azərbaycan və Türkiyə ilə ticari-iqtisadi əlaqələri də düzələcək. Bu isə onlar üçün yeni dəhlizin açılması deməkdir. Həmin dəhlizlə də Cənubi Qafqazın həm ticari potensialı artmış olacaq, həm də təhkükəsizliyi qorunacaq”.

İstinadlar Report