“Yayılan məlumatlara əsasən, Vahid Milli Hərəkat Partiyası Marneulinin Şulaver ərazi vahidliyində magistral yolu bağlayaraq Mixeil Saakaşvilinin gəlişi tələbi ilə aksiya keçirməyi planlaşdırır”.

Bunu hakim Gürcü Arzusu Partiyasının Marneuli-Qardabani üzrə deputatı Zaur Darğallı partiyanın Marneulidəki qərargahında keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu, müxalifət partiyasının seçkiqabağı destruktiv və təxribatçı hərəkətlərinin davamıdır: “Partiya Marneulidə təxribata hazırlaşır və qanunsuz yürüş planlaşdırıb. Qanunazidd əməllərə qarşı qanun çərçivəsində sərt tədbirlər görüləcək”.

İstinadlar Report