Bugünkü müxalifət tamamilə xarici göstərişlərdən asılıdır və yalnız ölkədən kənardan alınan əmr və təlimatlarla fəaliyyət göstərir.
Bu barədə “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze bildirib.
Onun sözlərinə görə, Saakaşvili, Qvaramiya, Xazaradze və Qaxariyaya verilən hər bir səs ölkənin mövcudluğu üçün böyük təhlükədir.