Güney Azərbaycanda 6 min illik qala məhv olmaq təhlükəsi ilə üzləşib – VİDEO

İranın mədəni irs və tarixi abidələr qurumunun laqeydliyi səbəbindən Güney Azərbaycanın Mərənd bölgəsində yerləşən Urartu dövrünə aid Yaldur qalası məhv olmaq təhlükəsi ilə üzləşib.
Bu barədə Gunaz-tv məlumat yayıb.
Bildirilib ki, bu qədim tarixi qalanın 6 000 il yaşı var. Mütəxəssislərin sözlərinə görə, müasir dövrdə belə abidələrin yerləşdiyi bölgə turizm zonasına çevrilir, buraya turistlərin cəlb edilməsi üçün tədbirlər görülür.
Onların fikrincə, fars olmayan millətlərinin tarixinə etinasız yanaşan Tehran rejiminin bölgəki təmsilçiləri isə Yaldur qalasını diqqətdən kənar qoyublar.
Bildirilib ki, abidə Urartu dövründə tikilib və həmin ərazidə 22 qalanın qalıqları var.
Tarixi məlumatlara əsasən, Yaldur qalası Asuriya kralı II Sarqonun hücumu nəticəsində dağılıb. Rusiyalı şərqşünas Vladimir Minorski orada yerləşən Mandaqarna atəşgahının da Urartu dövründə gil kərpicdən tikildiyini və qala kompleksinə daxil olduğunu yazıb. V.Minorski hesab edir ki, atəşgah II Sarqonun Mərəndə hücumu zamanı müəyyən qədər dağıdılıb.
Xatırladaq ki, Mərənd bölgəsi Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində yerləşir.
Qarabağdakı erməni sakinlərinə göndərilən yük Xankəndiyə çatıb və maşın geri dönüb – VİDEO

Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə göndərilən ərzaq yükü ünvana çatdırılıb və avtomobil karvanı geri dönüb.
Bu haqda FHN məlumat yayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə yola salınıb.

Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursat – Video

Müdafiə Nazirliyi Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursatla bağlı foto və video paylaşıb.
“Qafqazinfo” həmin foto və videonu təqdim edir:
Tərtər rayonu Canyataq yaşayış məntəqəsinin yaxınlığında tərk edilmiş döyüş mövqeyi – VİDEO

Azərbaycan Müdafiə Nazirliyi Tərtər rayonu Canyataq yaşayış məntəqəsinin yaxınlığında tərk edilmiş döyüş mövqeyinin görüntülərini yayıb.
“Report” görüntüləri təqdim edir:
“Prezident bu gün üçün xalqı bir yumruğa çevirməyi bacardı” – Video

“Dünənə kimi Yevlaxa qədər torpaqlarımızı işğal edənlər bu gün Yevlaxa bizim ayağımıza gəlirlər”.
Bu sözləri Xalq artisti Nurəddin Mehdixanlı deyib.
Sənətkarın sözlərinə görə, Prezident İlham Əliyevin “heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz” sözü çox dəyərlidir və dünyaya böyük mesajdır: “Və bu sübut olundu. Əslində bütün dünya üstümüzə gəldi, amma dövlətin başçısı yalnız Azərbaycanın ərazi bütövlüyü təminatını alandan sonra, bütün erməni silahlı birləşmələrinin tərk-silah olmasından sonra, Azərbaycan ərazilərindən çıxarılandan sonra, Azərbaycanın Konstitusiyası əsasında qurulacaq sistemə tabe olduqları zaman savaşın dayanacağını dedi və belə də oldu”.
N. Mehdixanlı bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı bu günün əldə olunması üçün Azərbaycan xalqını bir yumruğa çevirməyə bacardı: “Biz birinci savaşda uduzmuşduq, ona görə ki, bir-birimizə qarşı idik, bir-birimizin yanında deyildik. Biz 2020-ci ildə ona görə qalib gəldik ki, dövlətin başçısı, ailənin başçısı, yurdun-elin başçısı bu milləti bir hədəfə doğru birləşdirə bilmişdi”.
O, bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib: “Heç bir zaman qurbansız qələbə olmur. Biz qurbanlar verməyi, övladlarımızın şəhid olmasını istəmirik, amma başqa bir yol yoxdur. Torpağına, Vətəninə, namusuna sahib çıxmaq istəyirsənsə, savaşacaqsan və bunun üçün lazım olanda sən qurban verməyi də bacaracaqsan, necə ki bu gün Azərbaycan xalqı öz oğullarını o torpağı qorumaq üçün göndərdi. Bu oğullar torpağı qanları ilə suladılar və canları ilə Azərbaycan dövlətinə, bayrağına yeni bir can verdilər. Başıdik, qürurlu, məğrur Azərbaycan!”
Hüseyn Məmmədsalahov
Video-Foto: Pərvin Zeynal
Millət vəkili erməniləri belə susdurdu – Video

“RT ARABİAN” kanalında Azərbaycan, Rusiya və Ermənistan ekspertlərinin iştirakı ilə Qarabağda baş verən hadisələrlə bağlı debat təşkil olunub.
Milli Məclisin deputatı Cavanşir Feyziyev debatda Qarabağ münaqişəsi ilə bağlı son 30 ildə baş vermiş və hazırda bölgədə gedən proseslərlə bağlı ərəb auditoriyasına geniş məlumat verib.
Debat zamanı Ermənistan təmsilçisinin söylədiyi yalanlar yerindəcə ifşa olunub. C.Feyziyev ermənistanlı ekspertin Qarabağ ərazisini “müstəqil Arsax Respublikası” kimi təqdim etmək cəhdinə mane olaraq bunun heç bir hüquqi əsası olmayan və heç kim tərəfindən tanınmayan qondarma cinayətkar qurum olduğunu tamaşaçıların diqqətinə çatdırıb.
Millət vəkili lokal xarakterli antiterror tədbirlərinin artıq başa çatdığını, qondarma qurumun ağ bayraq qaldırdığını və hazırda Qarabağda yaşayan erməni icmasının Azərbaycan cəmiyyətinə reintaqrasiyası ilə bağlı erməni icmasının nümayəndələri ilə görüşlər keçirildiyini bildirib.
C.Feyziyev ərazimizdə yaşayan erməniəsilli vətəndaşların bütün hüquqlarının və təhlükəsizliyinin təmin olunmasına Azərbaycan dövləti tərəfindən zəmanət verildiyini də vurğulayıb.
Azərbaycan hərbçisi erməni əsgərin həyatını xilas etdi – Video

Azərbaycan hərbçisinin daha bir humanist davranışı gündəm olub.
Hərbçimiz lokal xarakterli antiterror tədbirləri zamanı yaralanan erməni əsgərin həyatını xilas edib.
Belə ki, Kəlbəcər rayonunun Vəngli kəndində yaralı tapılan bu əsgər Ermənistan vətəndaşı Karen İsanyandır.
Karen Xankəndidə yaşayan Ermənistan vətəndaşıdır.
Daha ətraflı süjetdə:
BMT TŞ-nin Qarabağla bağlı müzakirələri başladı – Canlı – VİDEO

BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı müzakirələr başlayıb.
Müzakirələrdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edir.
“Ermənistanın Baş nazirindən daha çox erməni ola bilməzsiniz” – Leyla Abdullayeva – VİDEO

“Ermənistanın Baş nazirindən daha çox erməni ola bilməzsiniz”.
Bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “France 24” telekanalının efirində aparıcının xalqların öz müqəddəratını təyin etmək hüquqları ilə bağlı səsləndirdiyi fikirlərə cavab olaraq bildirib.
L.Abdullayeva çıxışı zamanı Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, hətta Ermənistanın Baş naziri Nikol Paşinyanın da bu yaxınlarda Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu etiraf etməsini xatırladıb.
Abdullayeva eyni zamanda Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirləri zamanı dinc əhali və infrastrukturu hədəf almadığını, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirdiyini diqqətə çatdırıb.
Səfir, həmçinin bu gün Azərbaycanın Yevlax şəhərində Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycanın mərkəzi hakimiyyəti arasında baş tutan dialoq və burada müzakirə olunan mövzular barədə də məlumat verib.
Yaralı erməni qadın hərbi hospitala təxliyə edilib – VİDEO

Yaralı erməni qadın hərbi hospitala təxliyə edilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Belə ki, sentyabrın 21-də Xocavənd rayonu ərazisində yaralı erməni qadın Azərbaycan Ordusunun hərbi qulluqçularına yaxınlaşaraq onlardan yardım istəyib.
Hərbi qulluqçularımız dərhal yaralı qadına ilkin tibbi yardım göstərərək onu yaxınlıqdakı hərbi hospitala təxliyə edib.
Peşəkar hərbi həkimlərimiz tərəfindən erməniəsilli sakin cərrahi əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır.
Kəlbəcərdə mülki təyinatlı obyektdə sursat anbarı aşkar olundu – Video+Fotolar

Kəlbəcər rayonunun Qozlukörpü yaşayış məntəqəsi ərazisində sursat anbarı aşkar olunub.
Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yaşayış məntəqəsi ərazisində yerləşən fermanın tikililəri uzun müddət sursat anbarı məqsədi ilə istifadə edilib. Burada raket, artilleriya mərmiləri, minalar və müxtəlif çaplı döyüş sursatları mövcud olub.
Qeyd olunan sursatların təcili tibbi yardım maşını ilə fermanın ərazisinə daşındığı da müəyyən edilib.
XİN brifinq keçirir – Canlı – VİDEO

Xarici İşlər Nazirliyi Azərbaycan ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərləri ilə bağlı brifinq keçirir.
Brifinqdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov və xarici işlər nazirinin müavini Fariz Rzayev çıxış edirlər.
Bundan başqa, brifinqdə səfirlər, attaşelər və digər diplomatik nümayəndələr iştirak edirlər.
Separatçılar Qarabağdakı postlarını tərk edərək geri çəkilirlər – VİDEO

Erməni silahlı qüvvələrinin birləşmələri Qarabağdakı postlarını tərk edərək geri çəkilirlər.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Həmin görüntüləri təqdim edirik:
Ermənilər mülki maşınları döyüş mövqelərinə yaxın ərazidə yerləşdirir – VİDEO

Ermənilər mülki maşınları döyüş mövqelərinə yaxın ərazidə yerləşdirir.
Bu barədə Müdafiə Nazirliyi video görüntülər yayıb.
Antiterror tədbirlərindən qorxuya düşən erməni hərbçilər səngərlərdən qaçır – VİDEO

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən qorxuya düşən Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti səngərlərdən qaçmağa başlayıb.
Azərbaycan Müdafiə Nazirliyi görüntülər yayıb.
Ordumuz dəqiq zərbələr endirir – Video

Ermənistan silahlı qüvvələri birləşmələrinin strateji əhəmiyyətli yüksəkliklərdə yerləşən hərbi obyektləri və döyüş texnikası dəqiq atəş zərbələri ilə məhv edilir.
Bu Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Lokal xarakterli antiterror tədbirləri uğurla davam edir – VİDEO

Sentyabrın 19-dan başlayaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam edir.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
“Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit-raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilib”, – nazirlik qeyd edib.
Həmçinin baxın
Qarabağdakı erməni sakinlərinə göndərilən yük Xankəndiyə çatıb və maşın geri dönüb – VİDEO
Tərtər rayonu Canyataq yaşayış məntəqəsinin yaxınlığında tərk edilmiş döyüş mövqeyi – VİDEO
“Ermənistanın Baş nazirindən daha çox erməni ola bilməzsiniz” – Leyla Abdullayeva – VİDEO
Kəlbəcərdə mülki təyinatlı obyektdə sursat anbarı aşkar olundu – Video+Fotolar
Ermənilər mülki maşınları döyüş mövqelərinə yaxın ərazidə yerləşdirir – VİDEO
Antiterror tədbirlərindən qorxuya düşən erməni hərbçilər səngərlərdən qaçır – VİDEO
Ermənistan birləşmələrinə məxsus döyüş mövqeyi ehtiyat sursatla birlikdə zərərsizləşdirilib – VİDEO
Ərdoğan: “Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək” – VİDEO
Müdafiə Nazirliyi Qarabağdakı antiterror tədbirləri ilə bağlı növbəti brifinq keçirib – VİDEO
Həmid Həmidov: “Azərbaycanın atdığı addım mülki şəxslərə yox, qeyri-qanuni rejimə qarşı yönəlib” – VİDEO
Azərbaycanın mülki infrastrukturunu hədəfə alan top qurğusu məhv edilib – VİDEO
Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus radiolokasiya stansiyası məhv edilib – VİDEO
Baku TV: “Hər iki xalq sülh və harmoniya şəraitində birgə yaşaya bilər” – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla