Bakıda tələbənin intihar etməsi ilə bağlı cinayət işi başlanılıb.

Nərimanov rayon prokurorluğundan verilən məlumata görə, 1999-cu il təvəllüdlü, Bakı şəhər, Nərimanov rayon sakini Günel Nağdıyevanın paytaxtın Nərimanov rayonunda yerləşən kirayədə yaşadığı 16 mərtəbəli binanın damına çıxaraq intihar etməsi barədə məlumat daxil olub. Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib, digər zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, G.Nağdıyevanın məcburən evləndirildiyi üçün özünü öldürdüyü haqda məlumat yayılıb.