Tanınmış telejurnalist Günel Gözəlovanın həyat yoldaşının həkimi Araz Bayramova iddiası üzrə məhkəmə prosesi keçirilib.

Nərimanov rayon Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi keçirilən prosesdə Anar Gözəlovun nümayəndəsi Günel Gözəlova, onların vəkili Elçin Sadıqov, qarşı tərəfdən isə yalnız Araz Bayramovun vəkili Asif Mədətov iştirak edib.

Prosesdə Günel Gözəlovanın vəkili Elçin Sadıqov məhkəməyə əlavə sənədlər təqdim edib. Vəkil, nevroloq Sevinc Ərəbinin və Ailə Tibb Psixoloji Mərkəzlərin arayışı, eyni zamanda Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” nin rəyləri iş materiallarına daxil olmasını istəyib. 

Cavabdehin vəkili Asif Mətədov iddianı qəbul etmədiklərini bildirib. 

Daha sonra prosesdə iddiaçı Anar Gözəlovun nümayəndəsi Günel Gözəlova çıxış edib. 

Prosesdə daha sonra çıxış edən iddiaçının vəkili Elçin Sadıqov çıxış edərək bildirib ki, iş üzrə olan sənədlərdə, həmçinin nevropotoloq Sevinc Ərəbinin verdiyi arayışa əsasən, Anar Gözəlovun əməliyyat olunması düzgün hesab edilmir.

Vəkil həmçinin qeyd edib ki, A. Gözəlov əməliyyat zamanı geriyədönməz xəsarət alıb və əmək qabiliyyətini itirib: “Anar Gözəlov əməliyyata 1 gün qalana qədər iş fəaliyyəti ilə məşğul olub, özəl şirkətdə satınalmalar üzrə müdir müavini vəzifəsində çalışır, hazırda sağlamlıq durumu iş imkanların məhdudlaşdırıb. Tam sağlam şəkildə (böyrək ağrısı istisna) klinikaya daxil olub”.

Elçin Sadıqov Səhiyyə Nazirliyinə də sorğular verdiyini və cavab gözlədiklərini bildirib. 

Proses iyulun 30-da  davam edəcək.

İstinadlar Qafqazinfo