Xəbər verdiyimiz kimi, martın 10-da Ağcabədi rayonu Təzəkənd kənd sakini 1991-ci il təvəllüdlü Günay Şəmilova özünü asaraq intihar edib. 4 uşaq anasının intiharına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb və Günayın əri Etibar Şəmilov cinayət işi üzrə martın 11-də şübhəli şəxs qismində tutulub.

Günayın ailəsi isə bu ittihamla razılaşmır. Onlar 29 yaşlı qızlarının intihar etdiyini yox, öldürdüyünü iddia edirlər.

“Qızım dəfələrlə küsüb bizə gəlib. Polisə ərizə yazmışam ki, qızım döyülüb gəlib, amma şikayətimə baxmayıblar. 102 xidmətinə də müraciət etmişəm ki, qızımı döyüblər, ölümlə hədələyiblər. Heç bir ana 7 aylıq körpəsini qoyub özünü asmaz. Bu, qurulmuş bir hadisədir. Aidiyyatı orqanlardan xahiş edirik ki, qızımın qanı yerdə qalmasın”, – deyə mərhumun atası Sahib bildirib.

İstinadlar Qafqazinfo