
“Türk dünyasında qədim zamanlardan qadına hörmətə böyük önəm verilib”.
Bunu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransında çıxışı zamanı deyib.
“Tarix xəbər verir ki, qədim türk dövlət quruluşlarında bəzən qadın başda olub. Buna Sara xatunu misal göstərmək olar”, – G.Əfəndiyeva qeyd edib.