Güclü yağış və külək Ucar rayonunda bir sıra fəsadlar törədib.
Bu barədə rayon sakinləri xəbər veriblər.
Məlumata görə, güclü külək Ucar şəhəri, Heydər Əliyev prospekti 133 ünvanında yaşayış binasının damını uçurub. Nəticədə yağış suları mənzillərə axıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.