İyunun 11-də axşam saatlarından yağmağa başlayan güclü yağış və əsən külək Göyçayda bır sıra fəsadlar yaradıb.

Rayon ərazisində əsən güclü külək irigövdəli ağacları aşıraraq avtomobillərin intensiv hərəkət etdiyi yollarda sürücülər üçün çətin anlar yaşadıb.

Yağışın və küləyin yaratdığı fəsadlar əsasən rayonun Rəsulzadə və Natəvan küçəsində özünü daha çox büruzə verir.

Belə ki, adları çəkilən küçələrədə irigövdəli ağaclar aşaraq şəhərin elektrik təsərrüfatına xeyli ziyan vurub. Hazırda şəhər ərazisinin işıqlanmasında və fərdi evlərə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Bundan başqa, yağan güclü yağış nəticəsində rayon ərazisindən keçən suvarma arxları da daşaraq şəhər ərazisində subasmaya səbəb olub.

Aidiyyəti qurumların əməkdaşları yaranmış fəsadların aradan qaldırılması istiqamətinə zərurui işlər həyata keçirirlər.

İstinadlar Report