ABŞ-ın Florida ştatında “İan” qasırğası nəticəsində işıqsız qalan elektrik istehlakçılarının sayı 2 milyon nəfəri keçib.

Bu barədə Şimali Amerikanın elektrik şəbəkəsi şirkətlərinin məlumatlarını birləşdirən Poweroutage-com portalı məlumat yayıb.

Yerli vaxtla saat 22.15-ə (Bakı vaxtı ilə 06.15) olan statistikada şəbəkədən kəsilmiş istehlakçıların sayı 2 milyon 2 min nəfər təşkil edib.

Hazırda ştatda qeydiyyatda olan bütün elektrik istehlakçılarının təxminən 20 %-i işıqsız qalıb.

İstinadlar Report