Güclü külək Samuxda da bir sıra fəsadlar törədib

Rayonun Lək, Hacallı, Sərkar, Qovlarsarı kəndlərində ağacların qırılıb naqillərin üzərinə düşməsi nəticəsində elektrik enerjisinin verilişi dayanıb. Külək Qovlarsarı və Tatlı kəndlərində bir neçə fərdi yaşayış evinin dam örtüyünü qoparıb. Rayon Fövqəladə Hallar Komissiyasından Kəpəz TV-yə (Region TV) verilən məlumata görə, artıq Sərkar və Qovlarsarı kəndlərində elektrik enerjisinin verilişi bərpa olunub. Digər kəndlərdə də bu istiqamətdə iş aparılır.