Güclü külək Qaxın bir neçə kəndini işıqsız qoyub.

Ötən gün axşam saatlarından başlayaraq sürən qeyri sabit hava şəraiti nəticəsində əsən güclü külək Qax rayonunda ciddi fəsadlar törədib.

Belə ki, iri gövdəli ağaclar külək nəticəsində elektrik xətlərinin üzərinə aşıb və nəticədə rayonun Üzümlü, Qaratala, Zəyəm və Qındırğa kəndləri işıqsız qalıb. 

ASC-nin Qax Elektrik Şəbəkəsinin işçi heyəti gücləndirilmiş iş rejimində işləyərək səhər saatlarında həmin kəndlərə elektrik enerjisinin verilməsini bərpa ediblər.

Hazırda qalan fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.



İstinadlar Qafqazinfo