Biləsuvar rayonunda dumanlı hava şəraiti nəqliyyatın hərəkətini çətinləşdirib.
Sürücülərin “Report”un Muğan bürosuna verdiyi məlumata görə, duman axşam saatlarından etibarən rayon ərazisində müşahidə olunur.
Onların sözlərinə görə, görmə məsafəsi xeyli azaldığından nəqliyyat vasitələri aşağı sürətlə hərəkət edir.