Dağıstanın paytaxtı Mahaçqalanın Korkmasova küçəsində baş verən hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları şəhər sakinlərindən evdə qalmağı və küçəyə çıxmamağı xahiş ediblər.
Bu barədə “Exo Dağıstan” telegram kanalı xəbər yayıb.
Yayılan videogörüntülərdən görünür ki, səsgücləndiricilərdən istifadə edən polis yaxınlıqdakı evlərin sakinlərini tərk etməməyi, küçədə olanları isə ərazini qısa zamanda tərk etməyi xahiş edir.
Eyni zamanda məlum olub ki, hadisə baş verən ərazidə əlində silah olan bir kişi görünüb. Məhz bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Qeyd edək ki, daha əvvəl Mahaçqalanın mərkəzində, Korkmasova küçəsində atışma baş verib.