ABŞ-da yaşamaq istəyənlərin qeydiyyatdan keçdiyi və lotereya üsulu ilə açıqlanan “Yaşıl kart” (Green Card) sistemində dəyişiklik edilir.

Azərbaycan 24 xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama yayıb.

‘Amerikanı qur’ adlanacaq yeni sistemə əsasən, qaliblər artıq lotereya ilə yox, xal üsulu ilə seçiləcək. Kanada və Avstraliya immiqrasiya qaydalarına bənzər olacaq yeni sistemdə insanlar təsadüfi seçimlə müəyyənləşdirilməyəcək.  Əvəzində ABŞ-da yaşamaq istəyənlərin gənc olması, iş, təhsil və bacarıq səviyyələri, biznes qurma və iş yeri yaratma potensialları əsas götürüləcək və seçim də buna uyğun aparılacaq. Bundan başqa iddiaçılardan ingilis dilini lazımi səviyyədə bildiklərini təsdiq edən imtahan da tələb olunacaq.

Veriləcək “Yaşıl kart” sayında isə heç bir dəyişiklik olmayacaq.