Böyük Britaniyanın azadlığa buraxdığı “Grace 1” neft tankeri Hibraltarı bu gün axşam tərk edə bilər.

Bunu İranın Böyük Britaniyadakı səfiri Həmid Baidinejed özünün “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, iyulun 4-də İrana məxsus “Grace 1” neft tankeri Hibraltarda Böyük Britaniya tərəfindən ekipaj ilə birlikdə həbs edilmişdi. Diplomatik danışıqlardan sonra Böyük Britaniya İran gəmisini azad etdi. Lakin bundan sonra ABŞ-ın Kolumbiya dairə məhkəməsi İrana məxsus “Grace 1” neft tankerinin həbs edilməsi barədə qərar çıxardı.

İstinadlar Report