Bu gün vəfat edən jurnalist Qadir İbrahimlinin sosial şəbəkədə etdiyi son paylaşım dostlarını və yaxınlarını daha da kədərləndirib.

Jurnalist bir neçə gün öncə anasının ad günü münasibətilə şəklini paylaşıb, axirətdə görüşəcəklərini yazıb.

“Onun günüdür, məni dünyaya gətirən gözəl xanımın. Həm də yubileyidir – 85 yaş. Nur içində yat gözəl anam, inşallah axirətdə görüşəcəyik!”, – deyə İbrahimli mayın 17-si, xəstəxanaya yerləşdirilməsindən bir gün əvvəl yazıb.

Qeyd edək ki, bu gün saat 09:30 radələrində Qadir İbrahimli vəfat edib. İbrahimli kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-i M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin ciddi səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.