Bu gün saat 21:00 radələrindən başlayaraq Gəncə və Göygölə güclü yağış yağıb.

Göygöldə yağış doluya çevrilib.

Rayon mərkəzində və bəzi kəndlərdə dolu bir neçə dəqiqə davam edib. 

Gəncədə isə güclü yağış bəzi ərazilərdə sellərin yaranmasına səbəb olub. 

Hazırda yağıntılı hava şəraiti davam edir. 

Elmar Əli

İstinadlar Qafqazinfo