Azerbaycan24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Rubio: ABŞ İstanbuldakı Rusiya-Ukrayna danışıqlarına böyük ümid bəsləmir
  • Starmer: Putin atəşkəsin yubadılmasının səbəbkarıdır
  • Bir ili tamam olmamış vəzifəsindən azad edildi
  • Başlarına gətirilən müsibətlərdən danışdılar – Fotolar
  • Zelenskinin təyyarəsi Ankaradan Tiranaya yola düşüb
  • Hakan Fidan Vladimir Medinski ilə görüşəcək
  • Danışıqlar sabah başlayacaq
  • Pakistan və Hindistan etimadın möhkəmləndirilməsi üzrə tədbirləri davam etdirəcəklər
  • İsrail ordusu Qəzzada HƏMAS-ın əsas maliyyəçilərindən birini öldürdüyünü açıqlayıb
  • İstanbulda Rusiya-Ukrayna danışıqları mayın 16-da başlayacaq
  • Rubio: ABŞ İstanbuldakı Rusiya-Ukrayna danışıqlarına böyük ümid bəsləmir
  • Starmer: Putin atəşkəsin yubadılmasının səbəbkarıdır
  • Başlarına gətirilən müsibətlərdən danışdılar – Fotolar
  • Pakistan və Hindistan etimadın möhkəmləndirilməsi üzrə tədbirləri davam etdirəcəklər
  • İsrail ordusu Qəzzada HƏMAS-ın əsas maliyyəçilərindən birini öldürdüyünü açıqlayıb
  • Rubio: Avropa Ukraynada nizamlanma məsələsi üçün önəmlidir
  • Azərbaycanın çoxvektorlu xarici siyasəti – Regional gücdən qlobal aktora
  • Rusiya nümayəndə heyəti Dolmabağça sarayına getməyib
  • Azərbaycanda işləyənlərin sayı açıqlandı
  • Məhkəmədə işğal zamanı polislərimizin başına gətirilənlər nümayiş olundu
  • Pakistan Hindistanla atəşkəsi mayın 18-dək uzatmağa hazırdır
  • “Zəkaların mübarizəsi”nin finalı oldu – Fotolar
  • Zelenski: Danışıqlar nəticəsiz olarsa, Kiyev tərəfdaşlarından daha təsirli sanksiyalar gözləyir
  • “Anatolian Phoenix – 2025” beynəlxalq təlimi davam edir
  • İlham Əliyev işgüzar səfərə getdi
  • “Təklif Putinin idi, amma özü gəlmədi”
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Göygöldə soyğunçuluq edən ölkəni tərk etmək istəyərkən saxlanıldı VİDEO
01/04/2016 16:15
6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? – VİDEO
15/05/2025 21:17
Sumqayıtda nasaz avtobus yük maşını ilə toqquşdu – Video
15/05/2025 15:50
Zelenski Ankaradadır – Video
15/05/2025 14:05
10.4 kilometr magistral su xətti çəkilir – Video
15/05/2025 12:47
Liftdə qalan 5 nəfər xilas edildi – Video
15/05/2025 09:41
“Avtoş”luq edən şəxs həbs olundu – Video
14/05/2025 16:14
Şəhərin mərkəzində ağac hərəkətdə olan maşınların üstünə aşdı – Video
14/05/2025 15:03
FHN-in Gəncə Regional Mərkəzi təlim keçirdi – Video
14/05/2025 13:08
Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik aşkarlanıb – Video
14/05/2025 12:42
Sumqayıtda yanğın – Video
14/05/2025 11:38
“Aygün Mall”dan 135 manatlıq gödəkçəni oğurlamışdı, tutuldu – Video
14/05/2025 10:44
Bakıda hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı – Video
14/05/2025 10:05
Qəzalı körpünün yerində yenisinin inşasına başlanıldı – Video
13/05/2025 14:32
“Azərişıq” Ağstafa, Samux və Şəmkirdə köhnəlmiş elektrik şəbəkəsini yeniləyir – VİDEO
13/05/2025 11:34
Şəhidin 13 yaşlı qızı izdihamla dəfn edildi – Video
13/05/2025 09:59
Tahir Gözel Zambiyada rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib – VİDEO
12/05/2025 16:23

Video xəbərlər

  • “Dedim, qoy məni elə öldü bilsinlər” – 9 ay sonra tapılan Kənan – VİDEO
  • Prezidentin bugünkü görüşlərinin – Videoicmalı
  • Hamının “film çəkirlər” dediyi kameralar bunun üçün imiş – Video
  • Prezidentləri güldürən sürpriz… – Video
  • Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib – VİDEO

Sorğu

Ermınistanla necə bir münasibət istəyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

17/05/2025
09:23 Rusiyanın Ukraynaya endirdiyi zərbələr nəticəsində səkkiz nəfər ölüb
09:02 OMİD Göyçay mağazasında “Super Lotereya”nın uduş fondu oynanılacaq
08:59 Ağ Ev “Moody’s”in ABŞ-nin reytinqini aşağı salmasını şərh edib
08:44 Boliviya polisi keçmiş prezidentin tərəfdarlarına gözyaşardıcı qaz tətbiq edib
08:26 ABŞ-də atışma zamanı iki nəfər ölüb, xəsarət alanlar var
07:53 ABŞ nüvə silahlarını saxta hədəflərdən fərqləndirə biləcək peyklər hazırlayır
07:17 NBC: Tramp Qəzzadan 1 milyon fələstinlini Liviyaya köçürmək istəyir
06:44 Kim Çen In ordunu müharibəyə hazır olmağa çağırıb
05:50 Tramp: İranın nüvə enerjisinə ehtiyacı yoxdur
05:17 Fransa kontingenti Seneqaldakı daha bir hərbi bazanı tərk edib
04:08 Liviyada Milli Birlik Hökumətinin azı üç naziri etirazlar fonunda istefa verib
03:47 Tramp Putinlə görüşəcəyinə əmindir
03:20 ABŞ ilin sonunadək Avropadakı qoşunlarının ixtisarı barədə danışıqlara başlayacaq
03:02 İsrailin müdafiə naziri Yəmənin husi liderini öldürməklə hədələyib
02:17 Fransa BMT məhkəməsində İrana qarşı iddia qaldırıb
01:29 Pakistanın Baş naziri: Müharibədə qalib gəldik, amma sülh istəyirik
00:29 Ağdaşda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var
16/05/2025
23:59 Zelenski: Danimarka Ukraynaya 26-cı hərbi yardım paketini hazırlayır
23:44 Özbəkistanda kimya zavodunda sızma olub, 10-a yaxın insan zərər çəkib
23:32 CNN: İstanbul danışıqları gözləniləndən daha müsbət nəticə verib
23:20 Restorandakı nahar onlara 100 min dollar qazandırdı
23:05 ABŞ-də 11 məhbus həbsxanadan qaçıb
22:50 Prezident İlham Əliyevin Albaniyaya səfəri başa çatıb
22:29 AKP-nin sözçüsü: PKK-nın bütün qolları silahları təhvil verməlidir
22:14 Kallas: Rusiyaya təzyiqləri davam etdirmək üçün sanksiyalar və siyasi təcrid zəruridir
22:13 Slutski: Rusiya – Ukrayna danışıqlarının növbəti raundu atəşkəsə həsr olunacaq
22:11 “Dedim, qoy məni elə öldü bilsinlər” – 9 ay sonra tapılan Kənan – VİDEO
21:59 Paşinyan və Makron Tiranada görüşüblər
21:58 Türkiyədə onlarla şagird dönərdən zəhərlənib
21:55 62 yaşlı qadın parkda öldü
21:53 “Onların hamısı soyuqdan donurdu”
21:32 Ermənistanda bir neçə polis əməkdaşı mənimsəmə cinayətinə görə həbs edilib
21:23 BMT İstanbulda Rusiya – Ukrayna danışıqlarında iştirak etmir
20:50 “Qızıl qübbə”nin yaradılması ABŞ-yə 1,5 trilyon dollardan baha başa gələcək
20:47 Ukrayna XİN: Rusiya nümayəndə heyəti qəbuledilməz hesab etdiyimiz bir sıra fikirlər səsləndirdi
20:41 Sumqayıtda 48 yaşlı qadın dəm qazından ölüb
20:38 Məktəblilərimizdən ABŞ-də növbəti uğur! – Fotolar
20:34 Ukrayna müdafiə naziri: Müharibəni bitirmək istəyirik
20:32 Biləsuvarda fərdi evi ildırım vurub
20:29 Ərdoğan: Türkiyə terrorla mübarizəyə iki trilyon dollar xərcləyib
20:19 Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb
20:17 11 ildir itkin idi, doğranmış bədəni soyuducudan çıxdı – Türkiyədə müəmmalı qətl
20:11 Vuçiç Aİ-nin genişlənmək niyyətini açıqlayıb
19:56 KİV: İsrail Yəmənin üç limanına zərbə endirib
19:44 Dünya Bankı Suriyaya yardımı bərpa edib
19:41 Prezidentin bugünkü görüşlərinin – Videoicmalı
19:32 Trampa İstanbul görüşü haqda Tiranadan məlumat verdilər
19:29 İlham Əliyevin rəsmi “YouTube” kanalında “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısı çərçivəsində keçirilən görüşlərin icmalı paylaşılıb
19:20 “Azərişıq” ASC KOBİA-nın sahibkarlarla keçirdiyi görüşdə iştirak edib – Foto
19:02 Azərbaycanda maşın və avadanlıqların təhlükəsizliyinə və sərbəst dövriyyəsinə dair tələblər müəyyən edilib
18:55 Miroşnik: Təkcə əsirlərlə bağlı razılaşmaya görə İstanbulda görüşməyə dəyərdi
18:53 Bu avtobus marşrutların hərəkəti dəyişdirilir
18:29 Hakan Fidan Rusiya-Ukrayna heyətlərinin İstanbulda keçirilən görüşünün nəticələrini açıqlayıb
18:20 Zelenski və dörd Avropa lideri Trampla İstanbul danışıqlarını müzakirə edib
18:08 Şahdağa qar yağır – Faktiki hava
18:07 Prezident İlham Əliyevlə Albaniyanın Baş nazirinin işçi nahar əsnasında görüşü olub
18:05 Xələf Xələfov və Murat Nurtleu Azərbaycanla Qazaxıstan arasında strateji tərəfdaşlığı müzakirə ediblər
18:02 AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görüldü
17:59 Müştərinin başını pivə bakalı ilə yaraladı
17:53 Əfvlə bağlı iclaslar başa çatdı

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Göygöldə soyğunçuluq edən ölkəni tərk etmək istəyərkən saxlanıldı VİDEO

Hadisə 01/04/2016 16:15
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Gəncə sakini, 36 yaşlı Şirxan Ələkbərov Göygölün Xəqani kəndində yaşayan qohumu Nargilə Hüseynovanın yaşadığı mənzilə qanunsuz daxil olaraq, ev sahibinə və onun qızı Nuranəyə taxta parçası ilə müxtəlif bədən xəsarətləri yetirib. Sonra isə zərərçəkənlərdən ailənin kürəkəni Seymur Orucovun yerini deməsini tələb edib. Nuranə isə həyat yoldaşı Seymurun yerini bilmədiyini və ondan ayrıldığını bildirib. Şirxan Ələkbərov qadınlardan Seymuru axtarıb tapması üçün yol pulu vermələrini tələb edib. Qadınlar isə yenidən döyüləcəklərindən qorxaraq  çağırılmamış qonağa 40 manat pul veriblər.

Şirxan Ələkbərov bununla da razılaşmayaraq, Nargilə Hüseynovanın barmağında olan qızıl üzüyü və qulağındakı 1 cüt qızıl sırğanı, eləcə də onlara məxsus mobil telefonu soyğunçuluq yolu ilə ələ keçirib. Sonda isə ev sahiblərinə hədə-qorxu gələrək onları polisə məlumat verməkdən çəkindirib.

Hadisə ilə bağlı məlumat alan Göygöl rayon Polis Şöbəsinin əməkdaşları Şirxan Ələkbərovu isti izlərlə yaxalayıblar. Saxlanılan şəxs Hadisə vaxtı sərxoş olduğundan, etdiyi əməlləri yaxşı xatırlamadığını, niyyətinin isə qohumu olan Seymuru tapmaq olduğunu deyib.  Faktla bağlı Göygöl rayon polis şöbəsində cinayət işi başlanıb. Araşdırmalar aparılır.

Oxumağa dəyər:   Medinski: Rusiya Ukrayna ilə münaqişənin səbəblərini aradan qaldırmaq istəyir

InstagramdaInstagramda izlə
Telegram-da izlə

6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? – VİDEO

Multimedia 15/05/2025 21:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

6 il əvvəl yanan “Diqlas”ın yerində yeni ticarət mərkəzi tikiləcək.

Hazırda tikinti üçün sənəd işləri hazırlanır.

Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, obyekt özəl mülkiyyətdir. Bu səbəbdən Nizami RİH bununla bağlı açıqlama vermir.

Daha ətraflı “Xəzərxəbər”in süjetində:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Sumqayıtda nasaz avtobus yük maşını ilə toqquşdu – Video

Multimedia 15/05/2025 15:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Sumqayıtda 3 nömrəli marşrut avtobusu yük maşını ilə toqquşub.

Hadisə Bakı-Quba yolunun 48-ci kilometrliyində baş verib.

Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan 50-AE-761 dövlət nömrə nişanlı 3 nömrəli marşrut avtobus dönmə manevri edərkən yük maşını ilə toqquşub.

“Avtobusun sürücüsü Emin Barat oğlu Fərəcov körpü üzərində geridönmə əməliyyatı edən zaman Şahin Akif oğlu Güləliyevin idarə etdiyi 60-AC-496 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub.

Avtobus sürücüsü əsas yoldan gələn yük maşınını gözləməyib, yük maşının solunda nəqliyyat vasitəsi olduğu üçün sola hərəkət edə bilməyib və qəza qaçılmaz olub. Hadisə nəticəsində xəsarət alan olmayıb”, – rəsmi məlumatda qeyd edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Zelenski Ankaradadır – Video

Multimedia 15/05/2025 14:05
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankarada səfərdə olan ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşəcək.

Bu barədə məlumat Türkiyə liderinin bu gün üçün nəzərdə tutulan iş qrafikində yer alıb. 

Məlumata əsasən, günorta saatlarında Zelenskinin rəsmi qarşılanma mərasimi baş tutacaq. Bunun ardınca, tərəflər həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparacaq. 

Xatırladaq ki, bu gün İstanbulda buna paralel olaraq Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar keçiriləcək.

***

Zelenskini daşıyan təyyarə Türkiyə vaxtı ilə saat 12:14-də Ankara Esenboğa hava limanına eniş edib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

10.4 kilometr magistral su xətti çəkilir – Video

Multimedia 15/05/2025 12:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi” ilə bağlı işlər davam etdirilir.

Bakı şəhərinin, xüsusilə Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq məqsədilə həyata keçirilən mühüm infrastruktur layihələrindən biri də “Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi” layihəsidir.

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksindən layihə üzrə yeni magistral su xəttinin inşasına Tikilməkdə Olan Obyektlərin Müdriyyəti tərəfindən başlanılıb.

Layihənin məqsədi Ceyranbatan su mənbəyindən Bakı və Abşeron ərazisinin dayanıqlı və keyfiyyətli su ilə təmin etmək və trassa boyu qəsəbələrə suyun çatdırılmasıdır. Həmçinin layihənin icrası su təchizatında təzyiqin sabitləşdirilməsinə, əhali sağlamlığının qorunmasına, regionun iqtisadi inkişafına, su təchizatı yaxşılaşan ərazilərdə sənaye və xidmət sahələrinin inkişafına və təxminən 100 mindən çox əhalinin keyfiyyətli su ilə təminatına şərait yaradacaq.

Yeni magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi çərçivəsində hər birinin tutumu 10.000 kub metr olan 4 ədəd su anbarının tikintisi nəzərdə tutulub. Hazırda 2 anbarın tikintisi üzrə işlər yekunlaşdırılıb, digərlərində isə tikinti-quraşdırma işləri davam etdirilir.  Magistral su kəməri üzrə isə tikinti işləri 47% tamamlanıb. 

Oxumağa dəyər:   Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil

İşlərin keyfiyyətlə yerinə yetirilməsi üçün texniki tələblərə uyğun olaraq boruların qaynaq edilmiş hissəsi ultrasəs aparatı vasitəsilə yoxlanılır və hər bir qaynaq tikişi üçün fərdi rəy verilir. Nəql olunacaq suyun keyfiyyət göstəricilərinin yüksək saxlanması və korroziyanın qarşısını almaq üçün kəmərlərin çəkilişində istifadə olunan borular daxildən xüsusi boya ilə örtüklənib.

Tədbirlər planına uyğun olaraq, ölkə əhalisinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatına nail olmaq məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.





İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Liftdə qalan 5 nəfər xilas edildi – Video

Multimedia 15/05/2025 09:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Paytaxtın Xətai rayonunun Cavanşir küçəsində və Nəsimi rayonunun Hüseyn Seyidzadə küçəsindəki doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşlar köməksiz vəziyyətdə qalıb.

Bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, dərhal nazirliyin Bakı Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq olaraq çağırış üzrə cəlb ediliblər.

Xilasedicilər xüsusi vasitələrlə liftlərin qapısını açaraq köməksiz vəziyyətdə qalan beş nəfər sakini xilas ediblər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Avtoş”luq edən şəxs həbs olundu – Video

Multimedia 14/05/2025 16:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Şirvanda avtoxuliqanlıq edən şəxs tutulub.

Şirvan Şəhər Polis Şöbəsinin DYP Bölməsinin keçirdiyi tədbirlərlə “Chevrolet” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər hərəkət iştirakçılarına təhlükə yaradan Murad Əliyev saxlanılıb.

Yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində tədbir görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə M.Əliyev sürücülük hüququ 1 il müddətə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şəhərin mərkəzində ağac hərəkətdə olan maşınların üstünə aşdı – Video

Multimedia 14/05/2025 15:03
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bu gün günorta saatlarında paytaxtın 28 May küçəsində böyük ağac aşaraq hərəkətdə olan avtomobillərin üzərinə düşüb.

Hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. 

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən sorğumuza cavab olaraq bildirildi ki, hazırda ərazidə təmizləmə işləri aparılır: 

“Məlumat daxil olan kimi Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları dərhal hadisə yerinə gediblər. Sınan ağacı kəsərək ərazini təmizləyiblər. Hazırda yol açılıb”. 



İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN-in Gəncə Regional Mərkəzi təlim keçirdi – Video

Multimedia 14/05/2025 13:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi “Uçqun və dağıntılar altından zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib.

Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən uçqun və dağıntılar altından zərərçəkmişlərin təxliyə edilməsidir. 

Bununla yanaşı, xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsidir.

Təlim zamanı xilasedicilər tərəfindən şərti uçqun və dağıntılar altından “zərərçəkmişlər” xilas edilərək onlara ilkin yardım göstərilib.
Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.


İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik aşkarlanıb – Video

Multimedia 14/05/2025 12:42
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir.

Abşeron rayonunda keçirilən növbəti tədbir zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum olunmuş 38 yaşlı Səyyad Hətəmov tutulub. Onun üzərinə və evinə baxış zamanı 48 kiloqram tərkibinə zərərli maddələr əlavə edilən marixuana, tiryək, 300 ədəd psixotrop tərkibli həb və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.

S.Hətəmov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini və Qaradağ rayonu ərazisindəki gizli yerdən götürüb ayrı-ayrı ünvanlara çatdırmaqla maddi gəlir qazanmaq niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmə tərəfindən saxlanılan şəxs barəsində həbs qətimkan qərarı verilib.

Polis əməkdaşları tərəfindən ölkə ərazisində narkotiklərə qarşı mübarizə qətiyyətlə davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Sumqayıtda yanğın – Video

Multimedia 14/05/2025 11:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Sumqayıt şəhəri, N.Nərimanov küçəsində yerləşən yaşayış binasında yanğın baş verib.

Bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 40kv.m. olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 10 kv.m. sahədə yanıb. Yanğınsöndürənlər tərəfindən yanğın baş vermiş mənzildə həyatı təhlükədə qalmış 1 nəfər avtonərdivan vasitəsilə xilas olunub, bina sakinləri təxliyə edilib.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Aygün Mall”dan 135 manatlıq gödəkçəni oğurlamışdı, tutuldu – Video

Multimedia 14/05/2025 10:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bir neçə gün əvvəl sosial şəbəkələrdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Aygün Mall” ticarət mərkəzində mağazanın önündən gödəkçənin oğurlanmasına dair görüntülər yayılıb.

Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin keçirdiyi tədbirlərlə hadisəni törətmiş əvvəllər məhkum olunmuş 34 yaşlı Əbdül Salmanov saxlanılıb.

Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb.

Ə.Salmanovun Sabunçu rayonu və ya paytaxtın digər ərazilərində analoji hadisələr törədib-törətmədiyini müəyyən etmək istiqamətində araşdırma aparılır.

Qeyd edək ki, mağaza sahibinin sözlərinə görə, oğurlanan geyimin 135 manat dəyəri var imiş.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı – Video

Multimedia 14/05/2025 10:05
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakının Xəzər rayonunda hərbçi avtomobilini yandırıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Ehtiyatda olan baş leytenant Murad Əfəndiyev “Fiat” markalı avtomobilə benzin tökərək od vurub. Nəticədə nəqliyyat vasitəsi kül olub.

M. Əfəndiyevin bunu etməsinə səbəb avtomobilinin borcunu ödəyə bilməməsi olub. Belə ki, o, maşını almaq üçün 7 min manat pul verdiyini, qalan borcu isə ödəyə bilmədiyini əsas gətirib.

Məsələ ilə bağlı DİN Mətbuat xidmətinin əməkdaşı Elburus İbrahimov bildirib ki, bir nəfərin avtomobili yandırması barədə sosial mediada paylaşılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və hadisənin mayın 11-də Xəzər rayonu ərazisində baş verdiyi məlum olub: “Əməli törətməkdə şübhəli bilinən M.Əfəndiyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun bir il əvvəl aldığı “Fiat Doblo” markalı avtomobilin sahibinə borclu qaldığı 1 000 manatı qaytara bilmədiyinə görə nəqliyyat vasitəsini qəsdən yandırması müəyyən edilib. Faktla bağlı Xəzər RPİ-nin 1-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir”.

Oxumağa dəyər:   Latviya XİN: Türkiyənin beynəlxalq aləmdəki rolunu çox müsbət qiymətləndiririk

Sözügedən görüntüləri təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qəzalı körpünün yerində yenisinin inşasına başlanıldı – Video

Multimedia 13/05/2025 14:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrliyində, Qaraçay çayı üzərində yerləşən, qəzalı vəziyyətə düşmüş 101 metr uzunluğa malik mövcud körpüyə alternativ olaraq yeni avtomobil körpüsünün tikintisinə başlanılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, yeni körpü 100 metr uzunluğunda, 12 metr enində və 3 aşırımlı olmaqla inşa olunur.

Xatırladaq ki, sel suları nəticəsində mövcud körpünün 4 nömrəli dayağında şaquli oxdan çıxaraq əyilmə müşahidə olunub. Bu səbəbdən də körpü ilə nəqliyyatın hərəkəti dayandırılıb. Daha sonra isə bərpa işləri aparılaraq körpü müvəqqəti olaraq istifadəyə verilib.





İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azərişıq” Ağstafa, Samux və Şəmkirdə köhnəlmiş elektrik şəbəkəsini yeniləyir – VİDEO

Multimedia 13/05/2025 11:34
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

İstehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə “Azərişıq” ASC Ağstafa, Samux və Şəmkir rayonlarında köhnəlmiş elektrik şəbəkəsi yenisi ilə əvəz edir.

Ağstafanın Saloğlu qəsəbəsi və 33-cü məhəllə adlanan ərazisində 0,4 kV-luq dayaqlar basdırılır, köhnə elektrik xətlərinin əvəzinə Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir, sayğaclar yenilənir. Hər iki ərazidə ümumilikdə 4 yeni güc mərkəzi yaradılacaq.

Şəmkirin Çinarlı qəsəbəsində 0,4 kV-luq köhnəlmiş dayaqlar və elektrik xətləri, habelə sayğaclar yeniləri ilə əvəz edilir. Qəsəbədə ümumilikdə 18 Kompleks Transformator Məntəqəsinin (KTM) quraşdırılması nəzərdə tutulub.

Samuxun Alıuşağı kəndində də yenidənqurma işləri davam edir. Digər kəndlərdə olduğu kimi burada yeni metal dayaqlar əkilir, izolyasiyalı naqillər çəkilir. Abonentlərin elektrik enerjisinə artan tələbatı nəzərə alınaraq kənddə 7 ədəd Kompleks Transformator Məntəqəsi (KTM) quraşdırılacaq.

Abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması ilə yanaşı həm də elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” sözügedən rayonlarla yanaşı ölkənin digər regionlarında əksər kənd və qəsəbələrdə yenidənqurma işlərini davam etdirir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şəhidin 13 yaşlı qızı izdihamla dəfn edildi – Video

Multimedia 13/05/2025 09:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli böyrək çatışmazlığından vəfat edib.

Səlbi dünən Bakıda dəfn edilib.

Dəfn mərasimində çoxsaylı ictimaiyyət nümayəndələri, icra başçıları, incəsənət və mədəniyyət xadimləri, şəhid anaları və qazilər iştirak ediblər.

Qeyd edək ki, Zaur Cəfərov 2020-ci il oktyabrın 9-dan 10-na keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Tahir Gözel Zambiyada rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib – VİDEO

Multimedia 12/05/2025 16:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

8–12 may tarixlərində iş adamı Tahir Gözel, AfCFTA-nin Baş katibi Wamkele Menenin dəvəti əsasında Zambiyanın paytaxtı Lusaka şəhərində keçirilən “Rəqəmsal Ticarət” Forumunda iştirak edib.

Tahir Gözel çıxışına ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsində və sosial-iqtisadi inkişafında oynadığı rolu vurğulayaraq başlamış, daha sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin əldə etdiyi nailiyyətləri, xüsusilə innovasiya sahəsindəki inkişafı diqqətə çatdırıb.

Afrika ölkələrinin rəqəmsal transformasiya səylərinə Azərbaycanın verə biləcəyi töhfələrə toxunan Tahir Gözel, “ASAN Xidmət” modelinin uğurunu, Kosmik Agentlik (“Azərkosmos”) və Gözelin təsis etdiyi “Proxima Tech Solutions” şirkətinin texnoloji həllərini təqdim edib, bu sahədə dəstəyə hazır olduqlarını bildirib. O, tərəfdaşlığın genişləndirilməsi üçün Afrika ölkələrindən olan nümayəndə heyətlərini texnoloji potensialla yerində tanış olmaq məqsədilə Azərbaycana dəvət edib. Gözelin çıxışı forum iştirakçıları tərəfindən böyük maraqla qarşılanmış və eyni zamanda nüfuzlu CNBC telekanalında geniş şəkildə yayımlanıb.

Oxumağa dəyər:   Paşinyan albaniyalı həmkarı ilə Azərbaycanla sülh sazişinin imzalanmasının əhəmiyyətindən danışıb

Tahir Gözel səfər müddətində həm də bir sıra Afrika ölkələrinin hökumət nümayəndələri ilə ikitərəfli görüşlərdə iştirak edib, Nigeriyanın Sənaye, Ticarət və İnvestisiya naziri Jumoke Oduwole, Zambiyanın Texnologiya və Elm naziri Felix C. Mutati, eləcə də Rwandanın Ticarət və Sənaye naziri Prudence Sebahizi ilə görüşlər keçirib.

Görüşlər zamanı Tahir Gözel Azərbaycanın rəqəmsal sahədə əldə etdiyi nailiyyətlər, o cümlədən rəqəmsal xidmətlərin ixracı potensialı barədə ətraflı məlumat verib. Xüsusilə, “ASAN Xidmət” modelinin uğuru və “Proxima Tech Solutions”un təqdim etdiyi qabaqcıl texnoloji həllər vurğulanıb. O, həmçinin Afrika ölkələri ilə elektron hökumət platformalarının qurulması, kibertəhlükəsizlik sistemlərinin tətbiqi və süni intellekt əsaslı xidmətlərin inkişafı sahəsində əməkdaşlıq imkanlarını təqdim edib.

Zambiyanın Texnologiya və Elm naziri cənab Felix C. Mutati ölkənin texnologiya sahəsindəki inkişafını yaxından görmək məqsədi ilə Azərbaycanı ziyarət etməyi planlaşdırdığını bildirib. Rwandanın Ticarət və Sənaye naziri cənab Prudence Sebahizi isə Prezident Paul Kagamenin rəqəmsal transformasiya sahəsinə xüsusi diqqət ayırdığını qeyd edərək, Azərbaycanın rəqəmsal idarəetmə sistemləri ilə yaxından tanış olmaq istədiyini ifadə edib. Ətraflı məlumat alan nazirlər, Azərbaycana olan ehtiramlarını vurğulayaraq tərəfdaşlığa açıq olduqlarını qeyd ediblər.

Oxumağa dəyər:   Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil

Bu görüşlər Afrika ilə Azərbaycanın rəqəmsal sahədə tərəfdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 15/05/2025 21:17

6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? – VİDEO

Read more
Multimedia 15/05/2025 15:50

Sumqayıtda nasaz avtobus yük maşını ilə toqquşdu – Video

Read more
Multimedia 15/05/2025 14:05

Zelenski Ankaradadır – Video

Read more
Multimedia 15/05/2025 12:47

10.4 kilometr magistral su xətti çəkilir – Video

Read more
Multimedia 15/05/2025 09:41

Liftdə qalan 5 nəfər xilas edildi – Video

Read more
Multimedia 14/05/2025 16:14

“Avtoş”luq edən şəxs həbs olundu – Video

Read more
Multimedia 14/05/2025 15:03

Şəhərin mərkəzində ağac hərəkətdə olan maşınların üstünə aşdı – Video

Read more
Multimedia 14/05/2025 13:08

FHN-in Gəncə Regional Mərkəzi təlim keçirdi – Video

Read more
Multimedia 14/05/2025 12:42

Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik aşkarlanıb – Video

Read more
Multimedia 14/05/2025 11:38

Sumqayıtda yanğın – Video

Read more
Multimedia 14/05/2025 10:44

“Aygün Mall”dan 135 manatlıq gödəkçəni oğurlamışdı, tutuldu – Video

Read more
Multimedia 14/05/2025 10:05

Bakıda hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı – Video

Read more
Multimedia 13/05/2025 14:32

Qəzalı körpünün yerində yenisinin inşasına başlanıldı – Video

Read more
Multimedia 13/05/2025 11:34

“Azərişıq” Ağstafa, Samux və Şəmkirdə köhnəlmiş elektrik şəbəkəsini yeniləyir – VİDEO

Read more
Multimedia 13/05/2025 09:59

Şəhidin 13 yaşlı qızı izdihamla dəfn edildi – Video

Read more
Multimedia 12/05/2025 16:23

Tahir Gözel Zambiyada rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib – VİDEO

Read more
Multimedia 12/05/2025 10:08

Tanınmış bloqerlərə güvənib pullarından oldular… – Video

Read more
Multimedia 12/05/2025 10:02

Ötən həftə 16 azyaşlı xilas olunub – Video

Read more
Multimedia 11/05/2025 15:50

“Haber Global”: Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək – VİDEO

Read more
Multimedia 11/05/2025 12:38

Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi – Video

Read more
Multimedia 11/05/2025 10:35

Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu – Video

Read more
Multimedia 10/05/2025 23:17

Prezidentin bugünkü çıxışının – Videosu

Read more
Multimedia 10/05/2025 11:59

Ceyhun Mirzəyevin qızı Rusiyada küçədə yaşayır – Video

Read more
Multimedia 10/05/2025 09:38

Polis Akademiyasının kursantlarından fləşmob – Video

Read more
Multimedia 09/05/2025 21:55

Prezidentlə xanımından səmimi – Görüntülər – VİDEO

Read more
Multimedia 09/05/2025 20:26

“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyət Türkiyəyə yola düşüb – VİDEO

Read more
Multimedia 09/05/2025 19:38

Pakistan nümayəndə heyəti Milli Müdafiə Universitetində olub – VİDEO

Read more
Multimedia 09/05/2025 13:35

DİN-in kollektivi Heydər Əliyevin xatirəsini yad etdi – Video+Fotolar

Read more
Multimedia 08/05/2025 17:47

“Avtobusun rənginə görə biz əziyyət çəkirik” – Video

Read more
Multimedia 08/05/2025 11:38

Şəhid bulağını kim dağıtmaq istəyib? – Rəsmi cavab – VİDEO

Read more
Multimedia 07/05/2025 18:28

Hacıqabulda suçəkmə işləri davam etdirilir – Video+Fotolar+

Read more
Hadisə 07/05/2025 17:38

Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib – VİDEO

Read more
Multimedia 07/05/2025 16:44

Hacıqabulda selin apardığı velosipedçini polis ölümdən qurtardı – Video

Read more
Multimedia 07/05/2025 14:47

“Helikopterə minməyin…” – Rəisinin anasından Pezeşkiana – VİDEO

Read more
Multimedia 07/05/2025 12:56

Azyaşlıya əxlaqsız hərəkətlər etmiş Hacı Salmana – Hökm oxundu – VİDEO

Read more
Multimedia 07/05/2025 11:59

FHN mülki müdafiə məşqi keçirdi – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2025 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla