Polis əməkdaşları Göygöldə silah-sursat aşkarlayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinə rayonun Topalhəsənli, Borsunlu, Köşkülü və Mollacəlilli kəndləri ərazisində silah-sursat olması barədə məlumat daxil olub.
Qeyd edilən ərazilərdən 688 ədəd müxtəlif kalibirli avtomat patronlar, daraqlar və “Revolver” tipli tapança aşkar edilərək götürülüb.
Araşdırmalar davam etdirilir.