Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“NİVA” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində maşınlardan biri iki yerə bölünüb. Hadisə nəticəsində “VAZ-2106″nın sürücüsü – 1972-ci il təvəllüdlü Tağıyev Eldar və “NİVA”nın sürücüsü, 1982-ci il təvəllüdlü Zeynalov Elmir xəsarət alıblar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


İstinadlar Qafqazinfo