Göygöl rayonunda kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqda aparılan tikinti sökülüb.
Rayonun Yeni Qızılca kəndində yerləşən 0.11 ha sahəsi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz olaraq fərdi yaşayış evi tikintisi aparılması faktı aşkar olunub.
Aparılan tikinti işləri aidiyyəti şəxslər tərəfindən dərhal dayandırılaraq, söküntüsü təmin edilib.