
Göygöl şəhərində ağır yol qəzası baş verib.
Hərəkətdə olan minik avtomobili ilə sərnişin daşıyan mikroavtobus toqquşub.
Zərbənin təsirindən 31 nömrəli xətt üzrə çalışan mikroavtobus yoldan çıxaraq aşıb. Qəzada azı 3 nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb.