Göygöl rayonunda kişi bıçaqlanıb, arvadı şübhəli bilinir.

Hadisə martın 28-i saat 20 radələrində rayonun ərazisində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü D.Əliyeva əri, 1991-ci il təvəllüdlü Süleymanov Elçin Zakir oğlu ilə yaşadıqları evdə qısqanclıq zəminində aralarında mübahisə yaranıb. Mübahisə zamanı qadın mətbəx bıçağı ilə Elçin Süleymanovun qarın nahiyəsinə bir zərbə vurub. Nəticədə kişi bədən xəsarəti alıb.

İstinadlar Report