Göygölün Balçılı kəndində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü N.Musayeva, 1967-ci il təvəllüdlü X.Əmiraslanov, 1969-cu il təvəllüdlü A.Musayeva və 1973-cü il təvəllüdlü Z.Əmiraslanova xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, qəzaya dumanlı hava şəraiti səbəb olduğu bildirilir.