Dünən Göygöldə baş verən yol-nəqliyyat qəzası zamanı xəsarət alan sürücü bu gün xəstəxanada vəfat edib.

Ötən gün rayonda “Tofaş” markalı avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində xəsarət alan 1964-cü il təvəllüdlü Bayramov Asif Hümbət oğlu bu gün xəstəxanada dünyasını dəyişib.

Məlumata görə Asif Bayramov Göygöl rayon Zurnabad kənd bələdiyyəsinin sədridir.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli

İstinadlar Qafqazinfo