Göygöl rayonunun Topalhəsənli kəndində iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər yaralanıb.

“Opel” və digər markalı avtomobillərin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü V.Abışov və 1997-ci il təvəllüdlü N.Hümbətov xəsarət alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.

İstinadlar Report