Göyərtəsində 32 venesuelalı mühacir olan qayıq Karib dənizində yoxa çıxıb.

Bunu Venesuela parlamentinin deputatı Luis Stefanelli bildirib.

Onun sözlərinə görə, qayıq iyunun 7-də dənizə çıxıb, indiədək onun göyərtəsindəkilərin heç biri yaxınları ilə əlaqə saxlamayıb: “Böyük ehtimalla faciə baş verib”.

Bildirilib ki, onlar Kürasao ada dövlətinə getmək istəyiblər.

Hadisə ilə bağlı rəsmi açıqlama hələ ki, verilməyib.

Bir müddət əvvəl Karib dənizində göyərtəsində venesuelalı mühacirlər olan azı iki qayığın batdığı barədə məlumat yayılmışdı.

İstinadlar Report