Göyçayda iki gün əvvəl ağacdan yıxılan kişi ölüb.

Hadisə avqustun 4-də rayonun Bığır kəndində qeydə alınıb.

1951-ci il təvəllüdlü Məmmədov Tahir Abdulla oğlu yaşadığı evin həyətyanı sahəsində ağacdan yıxılaraq xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq orada ölüb.

İstinadlar Report