Göyçay rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi olub.

Hadisə Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhərindən keçən hissəsində baş verib.

Belə ki, “Toyota Prado” və “VAZ-2106” markalı minik avtomobilləri toqquşub.

Hadisə zamanı rayon sakinləri, 1993-cü il təvəllüdlü Eminov Vasif Maarif oğlu və 2004-cü il təvəllüdlü Mirzəliyev Vüsal İlqar oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

İstinadlar Report