
Martın 24-ü Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında məsləhətləşmələr keçiriləcək.
Bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts ilə telefon danışığından sonra bildirib.
“Biz Mayk Uolts ilə razılaşdıq ki, ikitərəfli formatda olan məsləhətləşmələri prezidentlər tərəfindən təyin olunan nümayəndələr aparacaq. Bu məsləhətləşmələr bazar ertəsi, martın 24-də Ər-Riyadda baş tutacaq. Rusiya tərəfdən Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidmətinin direktorunun müşaviri Sergey Beseda iştirak edəcəklər”, – Uşakov əlavə edib.