Küləkli hava şəraiti səbəbindən Goranboyun bir neçə kənd və qəsəbəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Dünən axşam saatlarından başlayan güclü küləklə əlaqədar Qızılhacılı qəsəbəsində, Balakürd, Eyvazlı, Nərimanlı, Boluslu, Məşədiqaralar və daha bir neçə kəndə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən problemin aradan qaldırılması istiqamətində işlər görülür.

Rayon ərazisində küləkli hava şəraiti davam edir.

İstinadlar Report