Goranboyda 8 noyabr-Zəfər Günü ilə bağlı bayram tədbiri keçirilib.
Tədbir rayonun Goran qəsəbəsində yerləşən “Şahin” şadlıq sarayında baş tutub.
Rayon İcra Hakimiyyətinin təskilatçılığı ilə təşkil olunan bayram tədbirində, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, şəhid ailələri və qazilər iştirak etdilər.
Tədbirdə çıxış edən RİH-nin başçısı Məhərrəm Quliyev qeyd edib ki, işğal altındakı ərazilərimizin azad edilməsi və suverenliyimizin təmin olunması uğrunda həyata keçirilən və dünya hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi, 2022 sentyabr və 2023 sentyabr antiterror əməliyyatları tariximizin ən parlaq səhifələridir.
İcra başçısı yeni şanlı tarixin haqq və ədalət nümunəsi olduğunu vurğulayaraq, Möhtəşəm Zəfər tarixini xalqımıza yaşatdığı üçün Ali Baş Komandana və Azərbaycan Ordusuna dərin minnətdarlığını xüsusi diqqətə çatdırıb. Tədbirdə, Gəncə Dövlət Filarmoniyasının solistlerinin və yerli özfəaliyyət kollektivlərinin təqdimatında bayram konserti nümayiş etdirilib.
Bayram münasibəti ilə, RİH tərəfindən, 446 şəhid və qazi ailəsinin hər birinə 100 m olmaqla, ümumilikdə, 44600 manat bayram payı verilib.