Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun İravanlı kəndində qeydə alınıb.
Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1962-ci il təvəllüdlü S.Rəhimova dünyasını dəyişib. Onun oğlu 1990-cı il təvəllüdlü İlkin isə xəsarət alıb.