Goranboyda narkotik satan və alan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Elmir Fətullayev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “heroin” və “marixuana” aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni Mehman adlı şəxsdən 60 manata aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər zamanı rayon sakini Abbas Əliyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman “metamfetamin” yaşadığı mənzildən isə qurudulmuş “marixuana” aşkarlanıb. Digər həmyerlisi kimi Abbas Əliyev də narkotik maddəni Mehman adlı şəxsdən aldığını bildirib. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Mehman Nuriyev saxlanılıb. Saxlanılan şəxs ifadəsində satdığı narkotik vasitələri onlayn yolla Rövşən adlı şəxsdən aldığını bildirib. Polis əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat tədbirləri nəticəsində sonuncunun da kimliyi məlum olub. Belə ki, qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Rövşən Məmmədov saxlanılan zaman onun üzərindən “heroin” və “metamfetamin” yaşadığı fərdi yaşayış evindən isə qurudulmuş “marixuana” aşkar edilərək götürülüb.

RPŞ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Etibar Qarayev saxlanılaraq polis Şöbəsinə gətirilib. Şöbədə onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan qurudulmuş “marixuana” aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

İstinadlar Qafqazinfo