
Goranboy rayonunda 9 yaşlı iki məktəbli zəhərlənib.
Rayonun Səfikürd kənd tam orta məktəbinin 3-cü sinif şagirdləri – 2016-ci il təvəllüdlü N. Kərimova və həmyaşıdı S. Əliyev zəhərlənmə diaqnozu ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onların “pambıq” şirniyyatı kimi tanınan peşməkdən zəhərləndiyi bildirilib.
Hazırda onların vəziyyətləri stabildir.
Yunis Quliyev