Goranboy rayonunda məktəbli qız itkin düşüb.

9-cu sinif şagirdi 15 yaşlı Z. B-nın itkin düşməsi barədə yerli hüquq mühafizə orqanı əməkdaşları məlumatlandırılıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, məsələ ilə bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma başlanılıb. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

Məktəbli qızın evlənmək məqsədilə qaçırıldığı iddia olunur.

Yunis Quliyev